Honkonq məhkəməsi media maqnatı və dissident Cimmi Layı milli təhlükəsizlik ittihamları ilə 20 il həbs cəzasına məhkum etdi.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 78 yaşlı Lay 2025-ci ilin dekabrında günahkar bilinib. Əvvəlcə ona ömürlük həbs cəzası vermək istəyiblər, lakin məhkəmə Layı 20 il müddətinə azadlıqdan məhrum edib. Bu, 2020-ci ildə qəbul edilmiş milli təhlükəsizlik qanununa əsasən ən səs-küylü işlərdən biridir.
Lay bu cür işlərdə ilk və ən səs-küylü təqsirləndirilən şəxs olub. Qohumlarının sözlərinə görə, həbsdə olduğu müddətdə səhhəti xeyli pisləşib.
Sahibkar uzun müddət hökumətin açıq tənqidçisi olub. Onun təsis etdiyi “Apple Daily” qəzeti Honkonqun əsas müxalifət nəşrlərindən biri hesab olunurdu.
Lay biznesini Çində qurub. O, 1989-cu ildə Tyananmen meydanındakı etirazların yatırılmasından sonra dissident mövqeyi tutub. Onun məhkəməsi geniş beynəlxalq diqqət çəkib və şəhərin məhkəmə sisteminin müstəqilliyinin sınağı kimi qəbul edilib.
Honkonq Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsisidir. Bölgədə 1,104 kvadrat kilometr ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan yaşayır. Şəhər böyük maliyyə mərkəzidir və dünyanın ən inkişaf etmiş meqapolislərindən biridir.
Musavat.com






