Məşhur türkiyəli sənətçi İbrahim Tatlısesin ən kiçik qızı Elif Ada Babalar Günü münasibətilə atasına duyğusal mesaj ünvanlayıb.
İbrahim Tatlısesin Ayşegül Yıldızla evliliyindən dünyaya gələn Elif Ada sosial media hesabında atasının yanında körpəlik illərinə aid görüntüləri paylaşıb.
Atasının ona “Altın ufağım” (“Qızıl balacam”) deyə müraciət etdiyi Elif Ada paylaşımında ata sevgisini ifadə edən sözlər yazıb.
“Baba çinar kimidir. Meyvəsi olmasa da kölgəsi yetər. Yaxşı ki, varsan, atam”, – deyə o qeyd edib.
Elif Adanın nostalji paylaşımı qısa zamanda izləyicilərin böyük marağına səbəb olub və çoxsaylı bəyənmə toplayıb.//Demokrat.az







