İnsanlara hürriyət, millətlərə istiqlal!

İcbari tibbi sığortaya müraciətlərin sayı artıb: 86 milyon...

445 08.12.2025 10:38 Səhiyyə A A

"Bu ilin 5 milyon 131 mindən çox vətəndaş dövlət tibb ayı ərzində müəssisələrində icbari tibbi sığortadan faydalanıb və onlara 86 milyondan çox tibbi xidmət göstərilib".

Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də deyib.

O cari ilin 11 ayı üzrə statistikanı açıqlayarkən qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərdə 4%, tibbi xidmətlərdə isə 12% artım qeydə alınıb. Artım tendensiyası tibbi xidmətlərə çıxışın genişləndiyini və icbari tibbi sığorta sisteminə inamın yüksəldiyini göstərir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR