İnsanlara hürriyət, millətlərə istiqlal!

"İdrak" valideynləri belə aldadıb - "Vatsap" qrupuna göndərilən mesajın FOTOSU

1997 06.02.2026 20:31 Ölkə A A

Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib.

Şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Baş vermiş insidentlər bağlı üç dövlət qurumu rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq faktı təsdiqləyib, şagirdin saxlanıldığını, cinayət işinin başlandığını açıqlayıblar.

Buna baxmayaraq, “İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışmış, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa çalışmışdır.

Musavat.com Savashmedia-ya istinadla "İdrak" liseyi rəhbərliyinin valideynlərin "vatsap" qrupuna göndərdiyi mesajı fotosunu təqdim edirik:

 
Bakupost.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR