İnsanlara hürriyət, millətlərə istiqlal!

İki helikopter havada toqquşdu - ÖLƏN VAR

784 29.12.2025 09:09 Dünya A A

ABŞ-nin Nyu-Cersi ştatında baş verən hava qəzası ölümlə nəticələnib.

Musavat.com xəbər verir ki, Hammonton şəhəri yaxınlığında iki helikopter uçuş zamanı bir-biri ilə toqquşub və hadisə nəticəsində azı bir nəfər həyatını itirib.

Rəsmi məlumatlara görə, helikopterlərdə pilotlardan başqa heç kim olmayıb. Qəza zamanı pilotlardan biri hadisə yerində ölüb, digər pilot isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Federal Aviasiya Administrasiyası insidentə qarışan hava nəqliyyat vasitələrinin “Enstrom F-28A” və “Enstrom 280C” tipli helikopterlər olduğunu açıqlayıb. Bildirilib ki, toqquşma Hammonton hava limanının üzərində qeydə alınıb.

Hazırda səlahiyyətli qurumlar qəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR