Rizvan Nəbiyev: “Dəhlizin qarşısının alınması ABŞ-la üz-üzə gəlmək riski yaradır”
ABŞ-nin dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqton görüşündə Zəngəzur dəhlizi - Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRİPP) reallaşdırılması ilə əlaqədar növbəti anlaşma əldə olundu və irəliyə doğru daha bir addım atıldı.
Sözügedən anlaşmanın detalları barədə Milli Məclisinüzvü, siyasi elmlə doktoru Rizvan Nəbiyev Musavat.com-un suallarını cavablandırıb.
- Rizvan bəy, Vaşinqtonda ABŞ və Ermənistandiplomatlarının anlaşmasını necə dəyərləndirirsiniz?
- Zəngəzur dəhlizinin - Sülh və Rifah Naminə TrampMarşrutunun (TRİPP) reallaşdırılması yolunda ikinciVaşinqton razılaşması mühüm əhəmiyyət daşıyır. Belə ki, 2026-cı il yanvarın 13-də Rubio - Mirzoyan görüşündənsonra bəyan olunan TRIPP çərçivə sənədi 2025-ci ilavqustun 8-də dövlət başçıları səviyyəsində imzalananBirgə Bəyannamədən sonra ikinci Vaşinqton razılaşmasıkimi də xarakterizə oluna bilər. Sənədinin girişində 8 avqust Birgə Bəyannaməsinə istinadla bildirilir ki, “busənəd Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun(TRIPP) həyata keçirilməsi üzrə çərçivəni müəyyən edir.” Dövlət katibi Rubio vurğuladı ki, Tramp administrasiyasıartıq TRİPP razılaşmasının “icrası üzərində işləməyə” başlayacaq.
Qeyd etdi ki, “Bu, Ermənistan, Birləşmiş Ştatlar, prosesdəiştirak edən hər kəs üçün də çox faydalı olacaq”.
Çərçivə sənədinin təhlili göstərir ki, TRİPP bağlantılayihəsinin icrası ilə bağlı prosedur, mexanizm, paybölgüsü, tərəflərin öhdəlikləri və s. məsələləri özündəehtiva edir. Sənəd Tərəf Dövlətlər arasında beynəlxalqmüqavilə təşkil etmir, bu səbəbdən də “ABŞ və yaErmənistan üzərinə heç bir hüquqi öhdəlik və yaməsuliyyət qoymur və qoymaq niyyətində də deyildir”. 8 avqust Vaşinqton Birgə Bəyannaməsində təsbit olunan Tramp marşrutunun üç ölçüdə əhəmiyyəti - ölkədaxili, ikitərəfli və beynəlxalq bağlantının təmini məqsədiləkommunikasiyaların açılması TRİPP çərçivə sənədində dəəksini tapıb. Bunlar Azərbaycanın əsas hissəsi və onunNaxçıvan Muxtar Respublikası arasında maneəsizbağlantını, Azərbaycan və Ermənistan arasında ikitərəflinəqliyyat-tranzit əlaqəsinin yaradılmasını, Transxəzərticarət marşrutunun, yəni Orta Dəhlizin vacib seqmentikimi beynəlxalq tranzitlə bağlı qarşılıqlı faydaları nəzərdə tutur.
- Vaşinqton görüşünün ardınca Nikol PaşinyanAzərbaycanın əsas hisəsi ilə Naxçıvan bölgəsi arasında maneəsiz əlaqənin təmin ediləcəyini bildirdi. Beləliklə, Azərbaycan Prezidentinin maneəsiz gediş-gəlişin təmin edilməsi ilə əlaqədar prinsipial mövqeyidə rəsmi İrəvan tərəfindən qəbul edildi və növbəti “evtapşırığı” icra olundu. Bu, mühüm irəliləyişlə bağlı fikirləriniz necədir?
- Prezidenti İlham Əliyevin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin maneəsiz təmini ilə bağlı prinsipial mövqeyi Vaşinqton Birgə Bəyannaməsində əksini tapıb. İnsanların, yüklərinvə nəqliyyat vasitələrinin hər iki istiqamətdə maneəsizgediş-gəlişinin təmini ilə bağlı ölkəmizin bu haqlı tələbiTRIPP çərçivə sənədində də aşağıdakı formada təsbitolunub: “TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılmasını nəzərdə tuturvə suverenliyə, ərazi bütövlüyünə və dövlətlərinyurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyəvə inteqrasiyaya töhfə verməyi hədəfləyir. Azərbaycanınəsas hissəsini onun Naxçıvan Muxtar Respublikası iləbirləşdirməklə və Transxəzər Ticarət Marşrutunda mühümbir həlqə yaratmaqla yanaşı, bu təşəbbüsün ErmənistanRespublikası üçün də beynəlxalq və ölkədaxili nəqliyyatəlaqələri baxımından qarşılıqlı faydalar yaradacağıgözlənilir.” Sənəddə təsbit olunub ki, Ermənistan“Azərbaycanın əsas hissəsi və Naxçıvan MuxtarRespublikası arasında hər iki istiqamət daxil olmaqlainsanların, nəqliyyat vasitələrinin və yükün idarə edilməsiüçün fərqli prosedurların tətbiqi” üçün addımlar atmaqniyyətindədir. Çərçivə sənədində həmçinin, “sənədlərinelektron təqdimatı və emalı”nın nəzərdə tutulduğu qeydolunub. Çox mühüm məqamlardan biri də TRİPP marşrutunun yalnız idxal-ixracı əməliyyatları baxımındandeyil, həm də regionda rifaha, sabitliyə və təhlükəsizliyətöhfə vermək baxımından əhəmiyyətinin bir dahavurğulanmasıdır. Buna görə TRIPP layihəsinin uğurununErmənistan və Azərbaycan arasında sülh prosesinin dahada institusionallaşdırılması faktorundan asılığı da sənəddəqeyd olunur. Həmçinin, ABŞ-nin uzunmüddətli və davamlıiştirakı, Ermənistan ilə Türkiyə arasında hərtərəfli sazişinicrası da bu layihənin uğurunu təmin edən şərtlər kimiqeyd edilir.
- Bu layihədə ABŞ-nin hansı maraqları var?
- TRIPP-in ABŞ üçün aşağıdakı yollarla fayda verəcəyigözlənilir: Amerika investisiyaları, biznesi və malları üçünyeni bazarların açılması; Region üzrə ticarət əlaqələriningenişlənməsi nəticəsində xammalın, kritik mineralların vənadir torpaq metallarının Amerika bazarlarına çatdırılması; ABŞ ilə Avropa və Asiya arasında ticarət marşrutlarınınsayının artırılması və geosiyasi dəyişikliklərdən asılıolmayaraq insanların və malların hərəkətinin təminolunması. Çərçivə sənədinə əsasən, Tramp marşrutunreallaşdırılması üçün ABŞ və Ermənistan şirkətlərininmüvafiq olaraq səhmlərin 74% və 26% nisbətində birgəpayçı olacağı “TRIPP Development Company” (TRİPP şirkəti) birgə müəssisəsi təsis ediləcək. ABŞ şirkətininuzunmüddətli və xüsusi imtiyazlara malik olacağı TRİPP şirkəti “Tramp marşrutu” çərçivəsində dəmir yolu, avtomobil yolları, elektrik xətləri və digər infrastrukturobyektlərinin layihələndirilməsi, tikintisi və istismarınıtəmin edəcəkdir. Əldə olunan gəlirlərin idarə olunmasıməsələsini də ehtiva edən bu razılaşma ilkin mərhələdə49 il müddətinə qüvvədə olacaqdır. Bu razılaşma əlavə 50 illik müddət üçün uzadıla bilər və bu halda Ermənistanınpayı təxminən 49 %-ə qədər artacaq. TRİPP şirkətininsəhmdarlarının - o cümlədən səhmlərin satışı, bağışlanması, birləşmə, bölünmə, yenidən təşkili və ya hərhansı digər hüquqi və ya faktiki əməl - və son benefisarsahiblərinin dəyişdirilməsi ABŞ və Ermənistanhökumətlərinin əvvəlcədən razılığı əsasında mümkün olabilər.

- Rizvan bəy, həm İrandan, həm Rusiyadan, həm dəErmənistandakı revanşistlərdən vaxtaşırı Zəngəzurdəhlizinin əleyhinə mövqelər səslənir. Həmin qüvvələrsürət götürən bu prosesə əngəl yarada bilərlərmi?
- Regionda sülh, sabitlik və iqtisadi inteqrasiyanı təşviqetmək məqsədi daşıyan TRIPP layihəsi dövlətlərinsuverenliyi və ərazi bütövlüyü prinsiplərinə hörmətəsasında həyata keçirilir. Xüsusilə ikinci məqamErmənistan daxilində revanşist qüvvələrin ram edilməsiüçün əsaslı arqumentdir. Eləcə də bununla İran vəRusiyada müəyyən qüvvələrin iddialarının əsassız olduğubir daha təsdiqlənir. Digər tərəfdən Zəngəzur dəhlizi - TRIPP marşrutu Rusiya və İran üçün qlobal bazarlaraçıxışda alternativ tranzit-nəqliyyat layihəsi kimi əhəmiyyətəmalikdir. Dəhlizin reallaşdırılmasının qarşısının alınmasıisə ABŞ-la üz-üzə gəlmək riskini özündə ehtiva edir. Xüsusi vurğulamaq lazımdır ki, TRİPP marşrutu məhzşərqdə Azərbaycanın əsas hissəsi, qərbdə isə Naxçıvanvasitəsi ilə Türkiyə üzərindən qlobal bazarlara çıxış əldəetməklə beynəlxalq əhəmiyyət qazanır. Bu, Paşinyanhökumətinə tam aydındır. Bütün hallarda dövlətimiz üçünprioritet məsələ, Azərbaycanın əsas hissəsi ilə onunNaxçıvan Muxtar Respublikası arasında maneəsizbağlantının təmin edilməsidir.
Orta Dəhlizin vacib seqmenti kimi Zəngəzur dəhlizinin2028-ci ilin sonunadək reallaşacağı təqdirdə regionuqlobal nəqliyyat-loqistika xəritəsində mühüm mərkəzəçevirəcək. Bu kontekstdə 2026-cı il yanvarın 13-də dövlətkatibi Rubio və nazir Mirzoyanın görüşündən sonra bəyanolunan TRİPP çərçivə sənədi 2025-ci il avqustun 8-də Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin, eləcə də ABŞ Prezidentinin şahid kimi imzaladıqları BirgəBəyannamədən sonra real fəaliyyətə start veriləməsibaxımından ikinci Vaşinqton razılaşması kimiəhəmiyyətlidir. Şanlı Zəfərimizin nəticəsində Azərbaycanınyaratdığı yeni siyasi reallıqlar həmçinin geniş ticarət vənəqliyyat potensialının inkişafı üçün də zəmin yaradıb.Prezident İlham Əliyevin vurğuladığı kimi, “Zəngəzurdəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaqqonşularımıza fayda gətirəcək".
Elşad Paşasoy,
Musavat.com






