İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov və Baş prokuror təntənəli andiçmə və təltifetmə mərasimində FOTO VİDEO

1510 27.12.2025 11:23 Ölkə A A

"Vəkil Günü” münasibətilə təntənəli andiçmə və təltifetmə mərasimi keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov və Baş Prokuror Kamran Əliyev iştirak edirlər.

Mərasim Azərbaycanın Dövlət Himninin və Vəkil marşının səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vəkillər Kollegiyasının son bir il ərzindəki fəaliyyəti ilə bağlı hazırlanmış videoçarx iştirakçılara təqdim olunub.

Tədbirin növbəti mərhələsində hüquq ictimaiyyətinin nümayəndələrinin və rəsmi şəxslərin çıxışları, peşə fəaliyyətində fərqlənən vəkillərin təltif edilməsi, eləcə də yeni üzvlərin andiçmə mərasimi nəzərdə tutulur.



Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR