İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyat naziri vergi dərəcələrindən DANIŞDI

1297 19.11.2025 12:54 İqtisadiyyat A A

Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq.

Musavat.com bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə müzakirələrində deyib.

Bildirib ki, cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilib:

“Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib”.

M.Cabbarov qeyd edib ki, nəqliyyat sektoru üzrə görülmüş işlər tranzit yükdaşımaların həcmini artırıb:

“Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Dəniz Ticarət Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2.5 dəfə dəfə artaraq 14.5 milyon ton təşkil edib”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR