ABŞ tərəfi vasitəçi kanallar vasitəsilə İrana bu gün və ya sabah atəşkəs razılaşmasının imzlanmasını təklif edib.
Musavat.com xəbər verir ki, məlumatı "Yedioth Ahronoth" nəşri öz mənbəsinə istinadən yayıb.
Mənbə bildirir ki, Tehran bu təklifi qəti şəkildə rədd edib və heç bir danışıqlara getmək niyyətində olmadığını açıqlayıb.
Ekspertlər hesab edirlər ki, bu addım regional gərginliyi daha da artıracaq və qarşıdakı günlərdə münaqişənin genişlənməsi ehtimalı yüksəkdir.
Musavat.com






