İran ABŞ ilə aparılan danışıqlarda uranın zənginləşdirilməsinin dayandırılması və ya ölkədən çıxarılması ilə bağlı tələbi qəbul etməyib.
Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" Omanda keçirilən ABŞ–İran danışıqlarına dair məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtonun əsas şərti sayılan bu tələbdən imtina etsə də, dialoqu davam etdirməyə hazır olduğunu bildirib.
Tərəflər Omanın vasitəçiliyi ilə yeni təmasların keçirilməsi barədə razılığa gəliblər.
Nəşr vurğulayır ki, bütün bu cəhdlərə baxmayaraq, İran və ABŞ arasında əsas məsələlər üzrə mövqelər hələ də ciddi şəkildə fərqlənir və uranın zənginləşdirilməsi danışıqların ən problemli mövzusu olaraq qalır.
Musavat.com






