İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Amerikanın bu bazalarını BOMBALAYACAQ – Tam SİYAHI

1070 19.02.2026 15:12 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli media resursları İordaniyada yerləşən “Müvəffəq əs-Səlti” hava bazasını hədəf alan video yayımlayıb. "Azad İran"ın bu barədə yaydığı xəbərdə deyilir ki, videoda baza perronu və uçuş-enmə zolaqları göstərilərək “tammiqyaslı müharibə” xəbərdarlığı verilib.

Musavat.com qeyd edir ki, İordaniyada yerləşən baza ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə cəmləşdirilməsi üçün əsas mərkəzlərdən biridir. İranın hərbi-siyasi rəhbərliyi dəfələrlə bəyan edib ki, ABŞ İrana hücum edəcəyi halda, bölgədəki bütün ABŞ hərbi bazalarına cavab zərbələri endiriləcək.

Airstrikes hit largest US occupation base in Syria

Məlumat üçün deyək ki, İran ətrafında və ona yaxın coğrafiyada ABŞ-nin bir sıra hərbi obyektləri mövcuddur. Bu bazalar həm birbaşa İranla həmsərhəd ölkələrdə, həm də Fars körfəzi və Şərqi Aralıq dənizi hövzəsində yerləşir. Onlardan biri İraqdakı Ənbar vilayətindəki Ayn əl-Əsəd aviabazasıdır. Bundan başqa, İraqın Kürdüstan bölgəsinin baş şəhəri Ərbilin hava limanı ətrafında ABŞ hərbi bazası mövcuddur. Bu bazalar İran sərhədinə nisbətən yaxındır və regionda ABŞ hərbi mövcudluğunun əsas dayaqlarındandır.

İranla qonşu olan Türkiyənin Adana bölgəsində isə İncirlik aviabazası NATO çərçivəsində istifadə olunur. Türkiyədə NATO-nun, əslində, ABŞ-nin hesab edilən Kürecik radar stansiyası da mövcuddur. Bu stansiya raketdən müdafiə sisteminin hissəsidir. Qətərdəki Əl-Udeyd aviabazası isə ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi obyektlərindən biridir. Burada ABŞ Mərkəzi Komandanlığının regional qərargahı yerləşir. Bəhreyndə isə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı yerləşir. Bu hərbi obyekt Fars körfəzi təhlükəsizliyinə nəzarətdə əsas rol oynayır.

Küveyt Respublikasında isə ABŞ-nin Camp Arifjan və Əli-Əl Salem aviabazaları fəaliyyət göstərir. Məlum olduğu kimi, Küveyt İranın cənub-qərb istiqamətində yerləşir və ABŞ hərbi qüvvələrinin logistik mərkəzlərindəndir. ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərində də aviabazası mövcuddur. Əl-Dhafra aviabazası ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Suriyanın şimal-şərq ərazisində isə ABŞ qüvvələrinin məhdud hərbi mövcudluğu var.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR