İran məhkəməsi İsfahan şəhərində keçirilən etiraz aksiyalarında etirazçılara atəş açmaq əmrinə tabe olmadığına görə Cavid Xalis adlı əsgəri edama məhkum edib. Atəş açmaq əmrindən imtina edən hərbçi həbs edilərək təhlükəsizlik təcridxanasına köçürülüb və qısa müddət ərzində barəsində ölüm hökmü çıxarılıb. Ona qarşı konkret hansı ittihamın irəli sürüldüyü barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.
ABŞ Dövlət Departamenti isə İranda 19 yaşlı gəncin edama məhkum edilməsini qınayıb. Dövlət Departamentinin “X”də farsdilli səhifəsində qeyd olunub. “19 yaşlı Əmirhüseyn Qadirzadənin dinc etiraza çıxdığına görə edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər irəli getdiyini göstərir. Əhalisinin təqribən 50%-i 30 yaşdan aşağı olan bir ölkədə rejim öz cavanlarını edam etməyi onları dinləməkdən üstün tutur.
Öz cavanlarına rəhm etməyən rejim bir şeyi aşkar formada göstərir: İranda heç kim bu rejimin zorakılığından sığortalanmayıb. Biz İran rəsmilərindən təcili surətdə Əmirhüseyn Qadirzadənin edam hökmünü dayandırmağı, dinc etiraza çıxdıqlarına görə həbs olunan bütün insanların azadlığa buraxılmasını və İran xalqının fundamental haqlarına riayət edilməsini istəyirik”, - Dövlət Departamenti bildirib.
TV Musavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.






