İnsanlara hürriyət, millətlərə istiqlal!

İran neftdə rekord vurdu, amma pullar buxarlandı: Tehran tələyə düşdü

1007 26.01.2026 13:12 Dünya A A

2025-ci ildə İran əvvəlki illərlə müqayisədə daha çox neft ixrac etsə də, xammal satışından əldə etdiyi gəlir kəskin şəkildə azalıb.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri geniş təhlil dərc edib.

Məlumata görə, dünya bazarlarında neft qiymətlərinin ucuzlaşması satış gəlirlərinin azalmasına səbəb olub. Lakin WSJ vurğulayır ki, bu enişin əsas səbəbi yalnız bazar faktorları deyil. Əsas rol İrana qarşı sanksiyalardan istifadə edən vasitəçilər və alıcılar şəbəkəsinə məxsusdur. Onlar Tehran rejiminin zəif mövqeyindən və neft gəlirlərindən asılılığından maksimum yararlanırlar.

Nəşr yazır ki, bu şəbəkə çox yaxşı anlayır: İranın sanksiyalar altında olan neftini satmaq üçün “kölgə donanması”ndan başqa demək olar ki, alternativ yolu yoxdur. Məhz buna görə də vasitəçilər neftin daşınması və ötürülməsi üçün daha yüksək rüsumlar tələb etməyə başlayıblar.

Eyni zamanda alıcılar da sanksiya məhdudiyyətlərini fürsətə çevirərək İran neftini əvvəlkindən daha böyük endirimlərlə almağa çalışırlar. Bu isə Tehran üçün gəlirlərin daha da azalması ilə nəticələnir.

WSJ qeyd edir ki, yaranmış vəziyyət İran iqtisadiyyatını getdikcə daha dərin asılılığa sürükləyir. Neft satışından əldə olunan vəsaitin azalması büdcə gəlirlərinə, sosial proqramlara və ümumilikdə ölkənin maliyyə sabitliyinə ciddi zərbə vurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR