İnsanlara hürriyət, millətlərə istiqlal!

İran raket proqramını dayandırmasa, ABŞ ona zərbə endirəcək

657 12.12.2025 08:15 Dünya A A

Ölkə rəhbərliyi Vaşinqtonla razılığa gəlməkdən imtina edib raket proqramını davam etdirərsə, ABŞ İrana yenidən zərbə endirə bilər.

Musavat.com xəbər verir ki, bu açıqlamanı Ağ Evdə jurnalistlərlə görüş zamanı ABŞ prezidenti Donald Tramp verib. Onun sözlərinə görə, ABŞ-ın Fordo, Nətənz və İsfahandakı İran nüvə obyektlərinə zərbələri olmasaydı,  Yaxın Şərqdə nizamlanma əldə edilməyəckdi.

Trampın sözlərinə görə, İran nüvə proqramını davam etdirməyə "cəhd edə bilər": "Onların bərpası uzun müddət çəkəcək, amma bizimlə razılaşma olmadan bərpa etmək istəsələr, biz də onu məhv edəcəyik. Biz onların raketlərini çox tez məhv edə bilərik".

Noyabrın əvvəlində İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə İran rəhbərliyinin uranı dinc məqsədlər üçün zənginləşdirməyə davam etmək niyyətində olduğunu və raket proqramının gələcəyi ilə bağlı hər hansı müzakirəni istisna etdiyini bildirib. O, qeyd edib ki, "heç bir sağlam düşüncəli insan onun hərbi komponentindən imtina etməyə razı olmaz".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR