İnsanlara hürriyət, millətlərə istiqlal!

İran raketləri bölgəni silkələdi: Çin və Hindistan HƏRƏKƏTƏ KEÇDİ

1434 13.03.2026 16:21 Dünya A A

"Yaxın Şərqdə davam edən müharibə bölgə ölkələrini ciddi narahat edir. İran ərazisindən qonşu Türkiyəyə yenə raket atılıb. İrandakı rejim alovu ətrafa yaymaqla yanaşı, neft və qazın Hörmüz boğazından daşınmasına mane olur. Bu, neft və qaza ehtiyacı olan ölkələrin təcili alternativ bazarlar axtarmasına səbəb olub".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, bölgənin böyük dövlətlərindən Çin və Hindistan enerji təminatı məqsədilə neft ehtiyatlarını artırmağa çalışır:

"Çin hazırda nə İrandan, nə də Körfəz ölkələrindən neft ala bilir. Hindistan da eyni vəziyyətdədir. Dehlini narahat edən digər məqam Körfəz ölkələrində çalışan milyonlarla hindlinin taleyidir. Yaxın Şərq Hindistanın strateji mənzərəsində mərkəzi yer tutur. Hindistanın Körfəzdəki münasibətləri son iki onillikdə kəskin şəkildə inkişaf edib. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman və Qətər kimi ölkələr Dehlinin əsas strateji tərəfdaşlarına çevriliblər. Əməkdaşlıq hazırda ənənəvi enerji əlaqələrindən daha çox ticarət, infrastruktur investisiyaları, texnologiya tərəfdaşlıqları və təhlükəsizlik dialoqunu əhatə edir. Körfəzin suveren sərvət fondları Hindistanın infrastruktur, bərpa olunan enerji və texnologiya sektorlarında əsas investorlara çevrilib. Təxminən 9 milyon hindli Körfəz ölkələrində yaşayır və işləyir".

Politoloq bildirib ki, Yaxın Şərqdəki qeyri-müəyyənliyə baxmayaraq, Dehli ehtiyatlı xarici siyasətə üstünlük verir:

"Hindistan hökuməti Yaxın Şərqdəki vəziyyəti yaxından izləyərək zəruri hallarda hindlilərin təhlükəsiz köçürülmə və ya təxliyəni asanlaşdırmaq mexanizmlərini də işə sala bilər. Hindistanla yanaşı, Pakistan da olayları diqqətlə izləyir. İranda xaos qonşu ölkələrin, o cümlədən Pakistanın maraqlarına cavab vermir. İran-Pakistan sərhədi sabit deyil, silahlı bəluclar hər iki ölkəyə ciddi problemlər yarada bilərlər. Silahlı bəluclar Çin-Pakistan İqtisadi Dəhlizinə də təhlükə yaradırlar. Pakistan İrandan gələn təhlükəyə baxmayaraq, Tehranla praqmatik münasibətlərə malikdir. Ancaq müharibə davam edərsə, silahlı bəlucların yenidən təxribatlara əl atacağı istisna deyil".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR