İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi “X” hesabında paylaşım edərək ABŞ-nin vurulan dronla bağlı açıqlamasına reaksiya verib.
Musavat.com xəbər verir ki, o, vurulan pilotsuz uçuş aparatının Tehrana aid olmadığını iddia edib.
Rzayi yazıb ki, hələ də kiminə məxsus olduğu dəqiq bilinməyən bir PUA-nın vurulmasını ABŞ tərəfi “dünyada hay-küyə” çevirir, bununla özünü alqışlayır, hətta “qazlı içki açıb bayram edənlər var”.
O, paylaşımının sonunda hədə xarakterli ifadə işlədib: “Boş küçənin lotusu! Dronlar yoldadır...”
Musavat.com







