Böyük Britaniya paytaxtı Londonda İranın diplomatik nümayəndəliyi qarşısında keçirilən aksiya zamanı iki etirazçı saxlanılıb.
Musavat.com xəbər verir ki, polis onların səfirliyin ərazisinə qanunsuz daxil olduqlarını bildirib.
Məlumata görə, hüquq-mühafizə orqanları daha bir şübhəlinin axtarışını davam etdirir. Hadisədən sonra İran səfirliyi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Polis diplomatik missiyanın mühafizəsinin artırıldığını və vəziyyətin nəzarət altında saxlanıldığını açıqlayıb.
Musavat.com






