İnsanlara hürriyət, millətlərə istiqlal!

İran siyasi elitasında PARÇALANMA: Xameneinin istefası ilə bağlı HƏRƏKƏTƏ KEÇDİLƏR

982 29.01.2026 13:19 Dünya A A

İranda islahatçı qüvvələr ali lider Əli Xameneinin istefasını açıq şəkildə tələb etmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə "Euractiv" nəşri mənbələrə istinadən yazır.

Məlumata görə, siyasətçi Azər Mənsuriyə Xameneini istefaya razı salmaq və hakimiyyəti keçid şurasına təhvil vermək təklifi ilə çıxış etmək tapşırılıb.

Lakin İran hakimiyyətinin təhdidlərindən sonra bu plan reallaşdırılmayıb.

İstefa tələbinin əsas səbəblərindən biri Tehranda və digər böyük şəhərlərdə etirazlar zamanı çoxsaylı insan tələfatı ilə bağlı narazılıq olub.

İran Konstitusiyasına əsasən, ali lider vəzifə öhdəliklərini yerinə yetirə bilmədikdə və ya bu posta uyğun keyfiyyətləri itirdikdə vəzifədən uzaqlaşdırıla bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR