İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və ABŞ-ın yolları Romada kəsişdi: ikinci raund - VİDEO

588 19.04.2025 15:18 Siyasət A A

İran xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Romaya səfər edib.

Musavat.com xəbər verir ki, səfərin məqsədi Tehran ilə Vaşinqton arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci mərhələsini həyata keçirməkdir.

Rəsmi məlumatlara görə, bu görüş ABŞ və İran arasında bu il baş tutan ikinci birbaşa təmasdır. İlk raund yaxın zamanda Oman Sultanlığında keçirilmiş və tərəflər həmin görüşü “konstruktiv” kimi qiymətləndirmişdi.

Danışıqlarda əsas diqqət İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması və bu müqabilində ABŞ sanksiyalarının yumşaldılması məsələlərinə yönəlib. Roma görüşlərinin nəticələri Yaxın Şərqdəki gərginliyin azaldılması baxımından da önəmli sayılır.

İran nümayəndə heyətinin təyyarədən Romaya eniş görüntülərini təqdim edirik.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR