İnsanlara hürriyət, millətlərə istiqlal!

İran xəbərdarlıq etdi: Beyrutdakı səfirlik hücuma məruz qalarsa, bütün İsrail səfirlikləri…

1024 04.03.2026 20:10 Dünya A A

İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəz Şəkərçi bildirib ki, əgər İsrail Beyrutdakı İran səfirliyinə hücum edərsə, dünyadakı bütün İsrail səfirlikləri İran üçün qanuni hədəf olacaq.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Şəkərçi İsrailin İran səfirliyini hədəf almaqla bağlı təhdidlər etdiyini bildirib. “Belə bir addım cavabsız qalmayacaq. Əgər İsrail İran səfirliyinə hücum edərsə, bu rejimin bütün səfirlikləri qanuni hədəflər olacaq”,deyə o açıqlama verib.

Nigar
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR