İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda alovlanan üsyan dalğası: etirazlar artıq 36 şəhəri bürüdü, stadionlar doldu, küçələr qaynamaqdadır VİDEO

750 01.01.2026 23:45 Dünya A A

İranda vəziyyət sürətlə nəzarətdən çıxır.

Musavat.com xəbər verir ki, ölkə üzrə azı 36 şəhərdə kütləvi etiraz aksiyaları keçirilir. Hadisələr təkcə paytaxt və iri mərkəzlərlə məhdudlaşmır, etiraz dalğası regionlara doğru genişlənir.

Məlumata görə, Abadanda minlərlə insan küçələrə çıxaraq hakimiyyət əleyhinə şüarlar səsləndirib. Eyni zamanda İsfahanda bir stadion tamamilə mitinq meydanına çevrilib, toplaşan kütlə açıq şəkildə etirazını nümayiş etdirir və vəziyyət son dərəcə gərgin olaraq qalır.

Sosial şəbəkələrdə yayılan görüntülər ölkənin müxtəlif bölgələrində polis və təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini göstərir. Rəsmi qurumlar hələlik hadisələrin miqyası və mümkün itkilərlə bağlı geniş açıqlama verməyib.

Analitiklər baş verənləri İranda son illərin ən genişmiqyaslı etiraz dalğalarından biri kimi qiymətləndirir və proseslərin yaxın saatlarda daha da kəskinləşə biləcəyini istisna etmirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR