İran hakimiyyəti iğtişaşlar zamanı həlak olanlarla bağlı rəsmi siyahını ictimaiyyətə təqdim edib. Siyahıda 2 986 nəfərin adı yer alır.
Musavat.com xəbər verir ki, rəsmilərin açıqlamasına görə, ölkə üzrə ümumi qurban sayı 3 117 nəfər kimi göstərilib.
Bildirilib ki, iki rəqəm arasındakı 131 nəfərlik fərq onunla bağlıdır: həlak olanların bir hissəsinin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Rəsmilər həmin şəxslərin kimliyi dəqiqləşdikdən sonra siyahının yenilənəcəyini qeyd ediblər.
Musavat.com






