İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda RƏSMƏN repressiya BAŞLANDI: Gecikmədən CƏZA veriləcək!

914 19.01.2026 15:51 Gündəm A A

İranın milli polis rəisi Əhmədrza Radan bildirib ki, hakimiyyət orqanları son etirazlarda iştirak edənləri son nəfərə qədər təqib etməyə davam edəcək. O öz sözlərində etirazçıları "iğtişaşçı" və "terrorçu" adlandırıb.

"Biz insanlara iğtişaşçıları və terrorçuları son nəfərə qədər təqib edəcəyimizə söz vermişik." - deyə o bildirib. O iddia edib ki, etirazçıların bir çoxu artıq saxlanılıb və onlar öz günahlarını etiraf ediblər.

İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei də etirazçıları “qiyamçı və iğtişaşçı” adlandırıb. Məhkəmə sisteminin rəhbəri etirazçıların cəzalandırılacağını da açıqlayıb. “Qiyam hadisələri ilə bağlı işlər ən qısa zamanda sürətlə və dəqiqliklə araşdırmaqla, çıxarılan hökmlər daha təsirli və çəkindirici olacaq. Cəzaların vaxtında və gecikmədən icrası çəkindiriciliyin əsas elementlərindən biridir. Qiyamçılarla bağlı işlərin araşdırılmasında ən kiçik gecikməyə belə yol verməyəcəyik”, - Mohseni-Ejei vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR