İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda ŞOK! Dövlət telekanalları ƏLƏ KEÇİRİLDİ, parlament Trampı HƏDƏLƏDİ: “Xamenei səni BOĞACAQ!”

810 19.01.2026 12:59 Dünya A A

Son günlər sosial mediada yayılan və Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza ərazisində çəkilən videolar İranda etirazçıların öldürülməsi ilə bağlı yeni və ciddi sualları gündəmə gətirib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Görüntülərdə konteynerlərdə yığılmış yüzlərlə cəsədin olduğu açıqlanıb. Ancaq bu görüntülərdə diqqət çəkən əsas məqam qadın cəsədlərinin demək olar ki, görünməməsidir. Məlumatlara görə, etiraz aksiyalarında həyatını itirən şəxslərin cəsədləri ailələrə mərhələli şəkildə təhvil verilir. Ancaq yayılan videolarda və şahid ifadələrində qadın cəsədlərinin bu prosesdə yer almaması ehtimalları güclənib. Bu vəziyyət İran rejiminin qadın etirazçıların ölümü ilə bağlı məlumatları sistemli şəkildə gizlətməsi ehtimalını artırır.

İranda naməlum hakerlər dövlət televiziya kanallarının peyk yayımlarına giriş əldə edərək, adi yayımı ölkənin son şahının oğlu Rza Pəhləvinin müraciəti ilə əvəz ediblər. Musavat.com xəbər verir ki, o, çıxışında İran ordusunu etirazçıların tərəfini tutmağa və ali lider Əli Xameneinin devrilməsini asanlaşdırmağa çağırıb.

Hackinqin videosu Təl-Əviv İnstitutunun təsisçisi, bloger və publisist Hen Mazzig tərəfindən "X" sosial media platformasında yerləşdirilib. Görüntülərdə fars dilində şüarlar və yayımı izləyən insanların reaksiyaları əks olunub.
Bəzi videolarda həmçinin Fridrix Mertsin İrandakı etirazçılara dəstəyini ifadə etdiyi mətbuat konfransının görüntüləri də var.

İran parlamentinin deputatları yaydıqları bəyanatda ABŞ Prezidenti Donald Trampı “Firon”, ölkənin Ali rəhbəri Əli Xameneini isə “onu dənizdə batıracaq Musa” adlandırıblar.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Parlamentdə oxunan bəyanatda deyilir:
“Xamenei Tramp və müttəfiqlərinə rüsvayçılığı daddıracaq”.

Bəyanatın digər hissəsində ABŞ Prezidentinə müraciətlə qeyd olunur: “Rəhbərimiz sizi möminlər və məzlumların qəzəb dənizində boğacaq ki, dünya kafirləri və təcavüzkarları üçün dərs olsun”.

“ABŞ-nin İrana hərbi müdaxiləsi genişmiqyaslı müharibəyə səbəb olacaq”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Mehdi Məhəmmədi deyib.

“Məhdud zərbə adlı anlayış mövcud deyil, hər bir zərbə uzunmüddətli və genişmiqyaslı müharibəyə gətirib çıxaracaq. Onun miqyası hətta İranın nəzarətindən də kənara çıxa bilər”, - vitse-spiker qeyd edib.

Gündəmdəki bütün xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR