İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda ŞOK: Etirazçı qadınların cəsədləri təhvil verilmir - VİDEO

1170 19.01.2026 12:02 Dünya A A

Son günlər sosial mediada yayılan və Tehranın Kəhrizək məhkəmə-tibbi ekspertiza ərazisində çəkilən videolar İranda etirazçıların öldürülməsi ilə bağlı yeni və ciddi sualları gündəmə gətirib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Görüntülərdə konteynerlərdə yığılmış yüzlərlə cəsədin olduğu açıqlanıb. Ancaq bu görüntülərdə diqqət çəkən əsas məqam qadın cəsədlərinin demək olar ki, görünməməsidir.

Məlumatlara görə, etiraz aksiyalarında həyatını itirən şəxslərin cəsədləri ailələrə mərhələli şəkildə təhvil verilir. Ancaq yayılan videolarda və şahid ifadələrində qadın cəsədlərinin bu prosesdə yer almaması ehtimalları güclənib. Bu vəziyyət İran rejiminin qadın etirazçıların ölümü ilə bağlı məlumatları sistemli şəkildə gizlətməsi ehtimalını artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR