Milli valyutanın kəskin dəyərdən düşməsi fonunda İranda sosial-iqtisadi gərginlik yeni mərhələyə keçib.
Musavat.com xəbər verir ki, Tehran və İsfahan şəhərlərində mağaza və ticarət mərkəzlərinin sahibləri və işçiləri işi dayandıraraq tətil elan ediblər.
Etirazçılar küçələrə çıxaraq hökumətin iqtisadi siyasətinə qarşı şüarlar səsləndiriblər. Aksiya iştirakçıları bildirirlər ki, rialın sürətlə dəyər itirməsi qiymətlərin kəskin bahalaşmasına, ticarətin iflic olmasına və əhalinin alıcılıq qabiliyyətinin ciddi şəkildə azalmasına səbəb olub.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə ticarət obyektlərinin bağlandığı, küçələrdə izdihamın toplandığı və etirazçıların hökuməti məsuliyyətə çağırdığı açıq şəkildə görünür. Hazırda aksiyaların miqyasının genişlənib-genişlənməyəcəyi sual altındadır.
Qeyd edək ki, son həftələr İran rialı tarixinin ən zəif göstəricilərindən birini nümayiş etdirib. Bu isə ölkədə inflyasiyanı daha da sürətləndirərək sosial narazılığı artırıb.
Musavat.com






