İranda kürdləri, bəlucları, Əhvaz ərəblərini, Azərbaycan türklərini, türkmənləri və qaşqayları təmsil edən 19 siyasi partiya və hərəkat birgə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, bəyanatda İran İslam Respublikasını idarə edən dini iqtidarın devrilməsi və xalqların öz müqəddəratını təyinetmə haqqının tanınması tələb olunur.
Bəyanat bütün milli, mədəni və dil diskriminasiyasını rədd edir və üsyanın hər hansı bir şəkildə ələ keçirilməsinə və ya onu fars şovinizmi adı altında yenidən təqdim etməyə cəhd edilməsinə qarşı xəbərdarlıq edir.
Qruplar həmçinin beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və azad medianı İran rejimi tərəfindən həyata keçirilən sistemli təzyiqləri, qətlləri və zorakılıqları görməzlikdən gəlməməyə çağırır.
Vahidin hərəkatın şüarları aşağıdakı kimidir: “Qələbə birləşmiş millətlərin olacaq"; “Azadlıq bizim danılmaz haqqımızdır".
Cavanşir Abbaslı
Musavat.com






