İraqın Umm-Qəsr limanında iki tankerə hücum edilib.
Musavat.com xəbər verir ki, Əl-Cəzirə agentliyinin məlumatına görə, hücum İraqın Fars körfəzi sahilində yerləşən Umm-Qəsr limanında baş verib. Bildirilir ki, hücuma məruz qalan gəmilərdən biri İraqa, digəri isə xarici şirkətə məxsus tanker olub.
Zərbə nəticəsində tankerlərdən birində güclü yanğın başlayıb. İlkin məlumatlara əsasən, hadisə axşam saatlarında baş verib. Zərbə nəticəsində tanker qısa müddətdə alova bürünüb. Bildirilib ki, insident zamanı 25 dənizçi xilas edilib və xəsarət alan olmayıb.
Hücumun İran tərəfindən həyata keçirildiyi iddia olunur. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
Musavat.com






