İrəvanda elektrik infrastrukturunda növbəti insident qeydə alınıb. Bu dəfə yanğın şəhərin Nor Areş rayonunda yerləşən yarımstansiyada baş verib və nəticədə yüzlərlə ev elektrik enerjisiz qalıb.
Musavat.com xəbər verir ki, məlumatı shamshyan.com yayıb. Hadisə yerinə dərhal “Ermənistan Elektrik Şəbəkələri”nin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, lakin qəza səbəbindən rayon tamamilə enerji təchizatından ayrılıb.
Hazırda mütəxəssislər ərazidə bərpa işləri aparır. Elektrik enerjisinin nə vaxt tam bərpa olunacağı ilə bağlı rəsmi vaxt açıqlanmayıb. Yerli sakinlər isə son aylarda İrəvanda elektrik yarımstansiyalarında ard-arda baş verən qəzaların ciddi narahatlıq doğurduğunu bildirirlər.
Musavat.com






