İnsanlara hürriyət, millətlərə istiqlal!

İşçilər ETİRAZA QALXDI - Bələdiyyə sədri zibilləri ÖZÜ TOPLADI - VİDEO

1067 02.06.2025 16:51 Region A A

İzmir Böyükşəhər Bələdiyyəsində kollektiv əmək müqaviləsi danışıqlarının nəticəsiz qalması səbəbilə başlanan tətil şəhərdə xidmətlərin iflic olmasına səbəb olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, bələdiyyəyə bağlı İZELMAN, İZENERJİ və EGEŞEHİR şirkətlərində çalışan və “Genel-İş” Həmkarlar İttifaqına üzv təxminən 23 min işçi bir neçə gündür tətil edir.

Tətil nəticəsində şəhərin mərkəzi küçələrində, xüsusilə Alsancak, Kıbrıs Şehitləri küçəsi və Kordon bölgəsində yığılan zibil ətraf mühit və ictimai sağlamlıq baxımından ciddi narahatlıq yaradıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuğay iyunun 1-i axşam saatlarında tətilə qoşulmayan işçilərlə birlikdə Kordon bölgəsində zibil toplama işlərinə şəxsən qatılıb. O, sakinləri narahat edən vəziyyətin davam etməsinin şəhər həyatını iflic etdiyini vurğulayaraq, tətilin daha da uzanmaması üçün kompromisə çağırıb.

Zibil toplama zamanı tətil edən bəzi işçilərlə qarşılaşan Cəmil Tuğay onlarla mübahisə edib.

“Bələdiyyəni batıra bilməyəcəksiniz. Bu işləri görəcək adamlar tapacağam!” – deyə bələdiyyə başçısı sərt etirazını ifadə edib.

Hadisələr mobil telefon kameraları ilə anbaan qeydə alınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR