İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal dövründəki Ağdama oxşamağa başlayan şəhər FOTO

959 14.01.2026 02:27 Dünya A A

Ukraynanın Zaporojye vilayətində yerləşən Orexov şəhərindən yayılan son fotolar dağıntıların miqyasını açıq şəkildə ortaya qoyur.

Musavat.com xəbər verir ki, Şəhərin bugünkü mənzərəsi illər əvvəl işğal altında qalmış Ağdam şəhərini xatırladır.

Kadrlar tamamilə dağıdılmış yaşayış binalarını, yararsız hala düşmüş infrastrukturu və demək olar ki, tərk edilmiş küçələri əks etdirir. Uzun müddət davam edən intensiv atəşlər nəticəsində Orexovda mülki həyat faktiki olaraq dayanıb, əhalinin böyük hissəsi şəhəri tərk etməyə məcbur olub. 

c46c5de2-8599-4080-b1c1-de2a8e2d6588.png (2.36 MB)

Eyni zamanda bu iki şəhərin ortaq taleyi də diqqət çəkir: hər iki yaşayış məntəqəsi Rusiyanın dəstəyi ilə aparılan işğal və hərbi təcavüz nəticəsində məhv edilib.

Azərbaycan xalqı 30 ildən sonra ədaləti bərpa edərək Ağdamı azad etdi — həm Ermənistana, həm də onu bəsləyən Rusiyaya tərs bir sillə vurdu. İnanırıq ki, Ukrayna xalqı da daha tez bir zamanda ədaləti bərpa edəcək, itirilmiş torpaqlarını azad edəcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR