İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD-ə qarşı əməliyyat zamanı iki amerikalı hərbçi və mülki tərcüməçi həlak oldu

517 14.12.2025 00:55 Dünya A A

Suriyanın Palmira bölgəsində İŞİD terror qruplaşmasına qarşı aparılan əməliyyat zamanı iki ABŞ hərbçisi və bir mülki tərcüməçi həyatını itirib. Musavat.com xəbər verir ki, hadisə ABŞ və Suriya üçün yüksək riskli sayılan, tam nəzarət altında olmayan ərazidə baş verib.

ABŞ prezidenti başsağlığı mesajında bildirib ki, üç amerikalı “vətənpərvər qəhrəman”ın itkisi ölkə üçün ağır zərbədir. Onun sözlərinə görə, yaralanan daha üç amerikalı hərbçinin vəziyyəti stabildir və onlar özlərini yaxşı hiss edirlər.

Prezident vurğulayıb ki, bu hücum İŞİD-in həm ABŞ-a, həm də Suriyaya qarşı yönəlmiş terror aktıdır. Bildirilib ki, Suriya prezidenti Əhməd əl-Şaraa baş verənlərdən son dərəcə qəzəbli və narahatdır.

ABŞ lideri açıqlamasında əlavə edib ki, bu hücuma çox ciddi cavab zərbəsi olacaq və məsələ diqqət mərkəzində saxlanılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR