İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada faciə: 21 ölü, 100-dən çox yaralı var

889 19.01.2026 10:06 Hadisə A A

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində 21 nəfər ölüb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, təxminən 100 nəfər yaralanıb, onlardan 25-nin vəziyyəti ağırdır.

İspaniyanın dəmir yolu infrastrukturundan məsul olan dövlət şirkəti Adif hadisənin bazar günü Andalusiya muxtar icmasında baş verdiyini bildirdi. Hadisə Malaqadan Madridə gedən qatarla baş verib. Qatarda 317 sərnişin olub. Relsdən çıxan qatar paytaxtdan Andalusiyadakı Huelvaya gedən başqa bir qatarla toqquşub. Qatarda təxminən 100 sərnişin olub.

Adamus şəhəri (Kordoba əyaləti) yaxınlığında baş verən fəlakətin səbəbi hələ müəyyən edilməyib. Madrid-Andalusiya xəttində yüksək sürətli qatar xidməti yanvarın 20-dək dayandırılıb.

Reuters-in məlumatına görə, əvvəlcə relsdən çıxan qatar İtaliyanın dövlət dəmir yolu qrupu Ferrovie dello Stato tərəfindən idarə olunan özəl operator Iryo-ya məxsusdur. Onlar hadisənin Avropanın ən müasirlərindən biri hesab edilən Freccia 1000 yüksək sürətli qatarı ilə əlaqəli olduğunu aydınlaşdırdılar.

Madriddən Huelvaya gedən ikinci qatar İspaniyanın milli operatoru Renfe tərəfindən idarə olunurdu. İspaniya mediasının məlumatına görə, qatarın sürücüsü həlak olub.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR