İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Livanın cənubunda şiə Hizbullah hərəkatının silahlı qanadının üzvünü öldürüb.
Musavat.com xəbər verir ki, məlumatı Əl-Hədət televiziyası yayıb.Telekanalın məlumatına görə, hadisə Nəbatiyyə şəhəri yaxınlığındakı Zəvtar-Meyfədun şossesində baş verib. Hizbullah vəzifəlisi pilotsuz təyyarənin iki raket atdığı nəqliyyat vasitəsində olub.
15 yanvarda İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində Livanın cənubunda üç hava hücumu həyata keçirib, həmçinin qərbi Bekaa vadisindəki Məşqərə şəhərindəki Hizbullah postuna və şimalda Hermeldəki təlim bazasına hücum edib. Mülki şəxslər arasında itki barədə heç bir məlumat verilməyib.
Musavat.com






