İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən Trampa müraciət: Türkiyə kənarlaşdırılsın

5057 31.12.2025 15:58 Dünya A A

İsrail hakimiyyəti Türkiyənin Qəzza üzrə beynəlxalq mexanizmlərdə iştirakından narahatdır.

Musavat.com xəbər verir ki, "The Jerusalem Post" nəşrinin danışıqların gedişi ilə tanış mənbəyə istinadən yaydığı məlumata görə, İsrail Tramp administrasiyasından Türkiyənin Qəzza üzrə “Sülh Şurası”ndan çıxarılmasını xahiş edib.

Mənbənin sözlərinə görə, Təl-Əviv Ankaranın humanitar məsələlərdə və bərpa işlərində fəal rol almasının Türkiyəyə Qəzza sektorunda nəzarət proseslərinə ciddi təsir imkanları yaradacağından ehtiyat edir. İsrail tərəfi hesab edir ki, bu cür təsir regionda güc balansını dəyişə və Qəzzanın gələcək idarəetmə modelinə birbaşa təsir göstərə bilər.

Məhz bu narahatlıqlar fonunda İsrailin Vaşinqton qarşısında Türkiyənin sözügedən mexanizmdən kənarlaşdırılması məsələsini qaldırdığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR