İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədə yeni prezident seçildi VİDEO

412 11.12.2025 01:11 Dünya A A

İsveçrə parlamenti iqtisadiyyat naziri Qi Parmeleni ölkənin 2026-cı il üçün prezidenti seçib.

O bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəzləyib.

Fəransızdilli bölgədən olan Parmelen Federal Şuranın ən uzunmüddətli üzvüdür. O, 2021-ci ildə də prezident vəzifəsini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmelen ixtisasca üzümçüdür.

İsveçrədə prezident vəzifəsi hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında ötürülür.

İsveçrədə prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR