İnsanlara hürriyət, millətlərə istiqlal!

Japarov “sağ əli”ni vəzifəsindən azad etdi

1554 10.02.2026 21:18 Dünya A A

Qırğızıstan prezidenti Sadir Japarov Kamçıbek Taşiyevi Nazirlər Kabineti sədrinin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edilib.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, Taşıyevin müavinləri Kurvanbek Avazov, Elizar Smanov və Daniel Rısaliyevin də istefaya göndərilib.

Bildirilir ki, Jumqalbek Şabdanbekov Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinin icraçısı təyin edilib. O, 2020-ci ildən 9-cu xidmətin rəisi və DMTK sədrinin müavini vəzifələrində çalışıb. Onun 55 yaşı var, general-mayor rütbəsi daşıyır.

Kamçıbek Taşiyev 2020-ci ilin oktyabr ayından bəri DMTK-ya rəhbərlik edirdi və prezident Sadır Japarovun “sağ əli” sayılırdı. Qırğızıstanda fəaliyyət göstərən kriminal ünsürlər və dövlət çevrilişi törətmək istəyən qüvvələr Japarov və Kamçıyevi “iki qardaş” adlandırırdılar.

Prezident Sadır Japarovun kadr dəyişikliyi ilə bağlı deyib ki, o, bu qərarı dövlətiin maraqları naminə, cəmiyyətdə, o cümlədən dövlət qurumları arasında parçalanmanın qarşısını almaq və əksinə, birliyi gücləndirmək məqsədi ilə verib.

Yerli 24.kg nəşrinin məlumatına görə, Kamçıbek Taşiyevlə hazırkı prezident Sadır Japarov arasındakı uzunmüddətli münasibətlər ölkənin ən sabit siyasi ittifaqlarından biri hesab olunub.

Taşiyevin istefası Qırğızıstanda qarşıdan gələn prezidentlik kampaniyası və hazırkı dövlət başçısının səlahiyyət müddəti ətrafında artan müzakirələr fonunda baş verib. Fevralın əvvəlində bir qrup tanınmış hökumət adamı və ictimai xadim prezident Sadır Japarova erkən prezident seçkiləri keçirmək təklifi ilə müraciət edib. Bəzi ekspertlər hesab edirlər ki, Taşiyev yüksək vəzifə uğrunda mübarizəyə qoşula bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR