Çeçenistanın rəhbəri Ramzan Kadırov sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə artilleriya zərbəsinin videosunu paylaşıb və bunu Qroznuya qarşı son dron hücumuna cavab adlandırıb.
Musavat.com xəbər verir ki, video onun Telegram kanalında yerləşdirilib.
Kadırovun sözlərinə görə, zərbədən əvvəl kəşfiyyat dronlardan istifadə edərək Ukrayna qüvvələrinin möhkəmləndirilmiş mövqelərini və atəş nöqtələrini aşkarlayıb. Aşkarlanmış hədəflərə ardınca artilleriya zərbələri endirilib.
Dərc olunmuş görüntülərdə artilleriya mərmilərindən birinin üzərində "Qroznı üçün" sözləri yazılıb və atəş açıldığı görünür.
Kadırov həmçinin qeyd edib ki, Çeçenistana qarşı Ukraynanın dron hücumları təhlükəsi qalmaqdadır. O bildirib ki, dronların əsas uçuş marşrutları bağlanıb və yalnız bir neçəsi hədəflərinə yaxınlaşa bilib.
Xatırladaq ki, 5 dekabrda PUA hücumu nəticəsində “Qrozni-Siti” kompleksində yerləşən bir göydələn zədələnib.
Musavat.com






