İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovdan şok açıqlama: “Həyatdan getmək istəyirəm”

1889 15.12.2025 03:18 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırov yaşlılıq dövründə özünü necə gördüyü ilə bağlı sualı cavablandırarkən geniş rezonans doğuran açıqlama verib.

Musavat.com xəbər verir ki, o, birbaşa yayım zamanı uzunömürlü olmaq kimi bir arzusu olmadığını bildirib. Kadırovun sözlərinə görə, insanların onu sevdiyi və hörmət etdiyi bir vaxtda həyatdan köçmək istərdi: “Mən elə bir vaxtda həyatdan getmək istəyirəm ki, hamı məni sevsin, hörmət etsin və ölümüm insanlara ağır gəlsin”.

O, həmçinin özü barədə dolaşan şayiələrə də münasibət bildirib: “Əgər söz-söhbətlərə qulaq assaq, guya mən qocalığa qədər yaşamayacağam. Açığı, mən də qocalığa qədər yaşamaq istəmirəm”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR