Noyabrın 17-də Ermənistan məhkəməsi rusiyalı milyarder, “xalq hərəkatının lideri” Samvel Karapetyanın həbs müddətinin uzadılması ilə bağlı İstintaq Komitəsinin vəsatətinə baxacaq.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Karapetyanın təfəfdarları aksiyaya çağırılıb. “Noyabrın 17-də saat 16:00-da biz məhkəməyə gələcəyik, məhkəmə binasının qarşısında dayanıb 5 aya yaxındır qanunsuz həbsdə olan Samvel Karapetyana dəstəyimizi ifadə edəcəyik”, - “Öz yolumuzda” adlı hərəkatın bəyanatında deyilir.
Musavat.com






