İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə yeni il gecəsi bütün sakinlər qaranlıqda qalıb? Şok iddiaya RƏSMİ CAVAB

2443 01.01.2026 15:45 Ölkə A A

"Kəlbəcər şəhərində yeni il gecəsi elektrik enerjisinin kəsildiyi, su sisteminin donduğu, mənzillərdəki kombi aparatlarının donvurmadan partladığı və guya bütün bunların nəticəsində sakinlərin bütün gecəni soyuqda keçirdiyi barədə sosial şəbəkədə yayılan informasiya həqiqəti əks etdirmir".

Bu barədə Musavat.com-un əməkdaşına Kəlbəcər Rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuranə Babayeva bildirib. Nuranə Babayeva deyib ki, səhərə yaxın elektrik kəsintisində bir neçə dəqiqəlik kəsinti olub, lakin dərhal da elektrik verilişi bərpa edilib. Hazırda rayona elektrik enerjisi tam verilir. Şaxta nəticəsində isə cəmi bir mənzilin kombi aparatı sıradan çıxıb. Həmin mənzildə bu gecə ailə olmayıb. Mənzil sahibi səhər evə gələndə görüb ki, kombi sıradan çıxıb. Kombi ilə bağlı texniki təimatlara uyğun işləri mənzil sahibi aparmadığı üçün həmin sakinin evində belə bir hal yaşanıb. Binaların fasiləsiz su təminatı hər gün olduğu kimi bu gecə də davam edib və hazırda bütün mənzillər su ilə təmin edilir.

Musavat.com bildirir ki, sosial mediada bu məzmunda iddia yayılmışdı: "Kəlbəcərdə bu gecə saat 23-də işıqlar söndü, elektrik enerjisi kəsildi, şəhər tamam ilə iflic vəziyyətə düşdü və sərt şaxta istilik verən kombinləri partlatdı. Səhərə qədər şəhər sakinləri Kəlbəcərin sərt qışında soyuqda, şaxtada qalıblar. Alternativ olaraq şəhərə elektrik enerjisi verilməsi üçün təhkim edilmiş aqreqatlardan istifadə olunmamışdır.
Qeyd edirəm ki, 01.01.2026-cı il tarixdə saat 09:12-də elektrik enerjisi verilibdir. Sular tamam ilə donubdur.
Kəlbəcərdə şəhər sakinləri yeni il təqvimini belə acınacaqlı vəziyyətdə qarşıladılar".

Musavat.com-un Kəlbəcərdən olan əməkdaşının şəhərdə yaşayan yaxınlarından və rəsmi məlumatlardan belə aydın olur ki, bu iddiaların əsası yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR