Şimali Koreya lideri Kim Çen In Koreya Respublikasının ABŞ-la birlikdə nüvə enerjisi ilə işləyən sualtı qayıq tikmək təşəbbüsünə qarşı çıxıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, diktator bunun Koreya yarımadasında qeyri-sabitliyə səbəb olacağını deyib. Şimali Koreya dövlət agentliyinin yaydığı məlumata görə, “yoldaş Kim Çen In bu addımı hücum xarakterli, ölkəmizin təhlükəsizliyinə və dəniz suverenliyinə ciddi şəkildə xələl gətirən və həll edilməli olan təhlükəsizlik təhdidi” hesab edir.
Maraqlıdır ki, Kim Çen In bu açıqlamanı Şimali Koreyanın nüvə sualtı qayığının tikinti sahəsinə baxış keçirərkən verib. Onun su tutumu 8700 ton olacaq və strateji idarə olunan raketlərlə silahlanacaq.
Agentlik qeyd edib ki, “yoldaş Kim Çen In yeni gizli sualtı silahların tədqiqatının gedişatını hərtərəfli nəzərdən keçirib və donanmanın yenidən təşkili və yeni bölmələrin yaradılması üçün strateji planlar hazırlayıb".
Musavat.com






