İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevə yüksək rütbəli Pentaqon nümayəndələri gəlib- "Politico"

1081 19.11.2025 10:15 Dünya A A

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli nümayəndələrindən ibarət nümayəndə heyəti Kiyevə səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, səfərin əsas məqsədi Ukrayna rəhbərliyi ilə Rusiya ilə dayandırılmış sülh prosesində Kiyevin rolunu müzakirə etməkdir. ABŞ administrasiyası müharibənin sona çatdırılması üçün prosesləri sürətləndirməyin yollarını axtarır.

"Politico" qeyd edir ki, Vaşinqton Ukraynanın danışıqlara cəlb olunmasını və sülh mexanizmlərinin yenidən işə salınmasını prioritet hesab edir. Nümayəndə heyətinin görüşlərinin detalları açıqlanmasa da, müzakirələrin təhlükəsizlik, diplomatik addımlar və gələcək strategiyalar ətrafında aparıldığı bildirilir.

Səfər ABŞ-ın Ukrayna üzrə diplomatik fəallığının artması fonunda baş tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR