“Kızılcık şerbeti” serialında “Nilay” obrazını canlandıran Feyza Civelek verdiyi müsahibədə personajının hicabını açacağını iddia edib.
Musavat.com xəbər verir ki, aktrisanın serialın çəkiliş meydançasından paylaşdığı bir görüntü izləyicilər arasında çaşqınlıq yaradıb.
Serialla bağlı spoylerlər verməsiylə tanınan Feyza Civelek aktyor heyətinə yeni qoşulan Seray Kaya ilə birgə paylaşım edib.
Civelek səhnələrinin yayımlanmasını səbrsizliklə gözlədiklərini bildirsə də, paylaşılan fotoda “Nilay” obrazının hicabsız olması diqqətdən qaçmayıb.
Könül
Musavat.com







