İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kökəlmək mənə baha başa gəldi" - Röya

1473 28.01.2026 13:16 Şou-biznes A A

"Kim mənim balamı sevirsə, mən də onun balasını əziz bilirəm. Qardaşım İsmayıl Aygün Kazımovanın qızı İlqarəyə mahnı verib. Mahnı çox gözəldir. İlqarəni çox sevirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın ad günündə jurnalistlərin suallarını cavablayarkən deyib.

Müğənni xeyli çəki aldığını, hazırda 56 kiloqram olduğunu gizlətməyib:

"Hündürdaban üstündə çox qala bilmirəm. 50 kiloqram idim, 6 kiloqram kökəlmişəm. Əl vurmuram, yeyib-içirəm. Deyirəm, yaya doğru arıqlayacağam. Çox adam da deyir, arıqlama. Bu ətə-qana gəlmək mənə baha başa gəldi. Bütün qarderobum dəyişdi".

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR