Kolumbiya prezidenti Qustavo Petro və ailəsinin olduğu helikopter sui-qəsd cəhdi səbəbindən istiqamətini dəyişməyə məcbur olub.
Musavat.com xəbər verir ki, məlumatı Petro özü hökumət iclasında açıqlayıb:
"Mən lazım olan yerə enmədim, çünki qorxdum ki, helikopterə atəş açacaqlar, orada mənim uşaqlarım da var idi".
Prezident bildirib ki, o, "sui-qəsddən qaçıb": "Açıq dəniz üzərində dörd saat uçduq və planlaşdırmadığımız yerə enməli olduq".
Musavat.com






