Rusiya hakimiyyəti və mediası Senat meydanındakı dekabristlərin üsyanının ildönümü ərəfəsində dekabristləri tənqid etməyə başlayıb. Onları dövlət cinayətkarları adlandırır, onların nümunəsini isə mənfi təqdim edirlər.
Musavat.com xəbər verir ki, Rusiyanın ədliyyə naziri Çuyçenko Ədliyyə Nazirliyinin “Dekabristlərin üsyanından 200 il: keçmişin dərsləri bu gün üçün” adlı elmi-praktik konfransında bildirib:
“İndi tez-tez dekabristləri xarici agentlərlə müqayisə etməyə çalışırlar. Amma onlar nə xarici agent idilər, nə də xarici təsirin aləti. Onlar xarici təsirin subyektləri idilər”. Çuyçenki iddia edir ki, sən demə SSRİ-də belə hər il ildönümü qeyd olunan bu üsyan inkişafa yox, geriyə aparırmış.
Mədəni yaddaş isə qalır. 2025-ci ildə Ermitaj dekabristlərin üsyanını “ölkə tarixinin ən mühüm hadisələrindən biri” adlandıraraq sərgi açdı. İrkutsk muzeyi onları “çox savadlı və erudit insanlar” kimi təqdim edir, Sibirə mədəniyyət, təhsil, xeyriyyəçilik və tibbi yardım gətirdiklərini vurğulayır. Çita Dekabristlər Muzeyi onların maarifçilik rolunu xüsusilə qeyd edir: sürgün olunmuş 85 nəfər burada yaşayır, teatrlar, salonlar və xeyriyyə təşəbbüsləri yaradırdı.
Lakin rəsmi tarixçilik artıq vurğunu dəyişir. 2022–2023-cü illərin mühazirə silsiləsində Vladimir Medinski dekabristləri “ekstremist inqilabçılar” adlandırmağın mümkün olub-olmadığını soruşurdu. O, onları xeyirxah niyyətli aristokratlar kimi təsvir edir, lakin eyni zamanda təhlükəli bir sui-qəsddə iştirak edən, “nəyə nail olmaq istədiklərini tam anlamayan” şəxslər kimi təqdim edirdi. Onun interpretasiyasında dekabristlər həm idealist, həm də andlarını pozan, qarışıqlıq yaradan fiqurlardır.
PMYF-2025-də (Peterburq Beynəlxalq Hüquq Forumu) may ayında Konstantin Çuyçenko bildirib ki, dekabristlər “səmimi şəkildə dəyişiklik istəyirdilər və eyni zamanda cinayət törətdilər”. Onun sözlərinə görə, üsyan islahatları gecikkdirib, çünki I Nikolay qiyamdan sonra kursu sərtləşdirdi. Çuyçenko həmçinin iddia edirdi ki, dekabristlər “Qərbin təsiri altında qalmışdılar” və “xarici təsirin subyektləri” idilər, həmçinin sui-qəsdçilərin cəzalarının “həddindən artıq yüngül” olduğunu deyirdi.
2022-ci ildə Dekabristen e.V. təşkilatı “arzuolunmaz” elan olunub. Bu, 2012-ci ildə yaradılmış alman QHT-sidir: sənədli kino nümayişləri, diskussiyalar, Şərqi Avropa incəsənəti festivalları, vətəndaş cəmiyyəti layihələri və Rusiya ilə dialoqu dəstəkləyən proqramlar həyata keçirirdi. Tammiqyaslı müharibə başlayandan sonra fond fəaliyyətini antivojen təşəbbüslərə yönəltdi — ukraynalı qaçqınlara yardım, tərəfdaşların xeyrinə kraudfandinq, Avropada antivojen kampaniyalara dəstək.
Təhlükəsizlik strukturları artıq dekabristlərdən qorxutma vasitəsi kimi istifadə edir. FSİN rəhbəri Arkadi Qostev terrorizm və ekstremizm maddələri ilə məhkum olunmuş şəxslərin ayrı saxlanılması ideyasını riskli adlandıraraq dedi: “Onlar birləşə bilərlər, necə ki, vaxtilə dekabristlər birləşmişdi”. Onun şərhində dekabristlər artıq mədəni simvol yox, təhlükəli konsolidasiya modeli kimi təqdim olunur.
2008-ci ildə Sankt-Peterburqdakı Dekabristlər meydanı rəsmi olaraq Senat meydanı adına qaytarıldı. Valentina Matviyenko bunu belə izah edib ki, “Konstitusiya Məhkəməsi Senat və Sinod binalarına qayıdır — deməli, “tarixi” adı bərpa etmək məntiqlidir”.
2020-ci ildə dünyasını dəyişmiş protoiyerey Dmitri Smirnov dekabristləri “alçaqlar və xainlər, dələduzlar və yalançılar” və “terrorçular” adlandırıb, onların “hamısının asılması lazım olduğunu” bildirib.
Musavat.com






