İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən NÜVƏ XƏBƏRDARLIĞI: “Cavab qaçılmazdır”

755 22.02.2026 15:05 Dünya A A

Rusiya Estoniyanı və ya digər Avropa ölkələrini təhdid etmir, lakin öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Peskovun sözlərinə görə, Moskva Tallinnə qarşı hər hansı aqressiv plan daşımır.

“Biz Estoniyanı və ya başqa heç bir Avropa ölkəsini təhdid etmirik. Lakin nüvə silahları Estoniya ərazisində yerləşdirilib bizə yönələrsə, nüvə silahlarımız da Estoniya ərazisinə yönələcək”, – deyə Kremlin sözçüsü bildirib.

O əlavə edib ki, Rusiya xüsusilə nüvə çəkindirmə siyasəti çərçivəsində milli təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək.

Xatırladaq ki, daha əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ölkəsinin NATO müttəfiqlərinin müdafiə planlarının tərkib hissəsi kimi belə qərar qəbul ediləcəyi təqdirdə, Estoniya ərazisində nüvə silahlarının yerləşdirilməsini istisna etmədiyini bildirib.

Bundan başqa, 2025-ci ilin yayında Estoniyanın müdafiə naziri Hanno Pevkur ölkənin nüvə başlıqları daşımaq imkanına malik NATO müttəfiqlərinin hərbi təyyarələrini qəbul edə biləcəyini açıqlayıb.

Məsələ regionda təhlükəsizlik balansı və NATO-Rusiya münasibətlərinin gələcək perspektivləri baxımından yeni gərginlik siqnalları kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR