Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiya ilə diplomatik münasibətlərin bərpası və dəmir yolu əlaqəsinin açılması barədə danışıqlar apardığı haqda iddiaları təkzib edib.
Musavat.com xəbər verir ki, hökumət başçısı bu məsələ ilə bağlı Moskva ilə heç bir təmas olmadığını bildirib.
Onun sözlərinə görə, rəsmi Tiflis belə bir gündəmi müzakirə etmir və mövzu ilə bağlı heç bir danışıq aparılmayıb. Kobaxidze qeyd edib ki, əgər gələcəkdə hər hansı yenilik yaranarsa, ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək.
Açıqlama son dövrdə regionda kommunikasiya xətlərinin açılması və Rusiya-Gürcüstan münasibətlərinin yumşaldılması ehtimalı barədə yayılan xəbərlər fonunda səsləndirilib. Gürcüstan hakimiyyəti mövqeyinin dəyişmədiyini nümayiş etdirərək diplomatik əlaqələrin bərpasının gündəmdə olmadığını vurğulayıb.
Musavat.com






