İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım sərhədində ŞOK GECƏ: Ukrayna hərbi qüvvələri mühüm logistik xətləri darmadağın etdi

1037 13.06.2026 14:31 Dünya A A

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində yerləşən və Krım istiqamətinə aparan strateji körpülərə sarsıdıcı zərbələr endirib.

Musavat.com xəbər verir ki, Rusiya tərəfindən təyin olunmuş Xerson vilayətinin "rəhbəri" Vladimir Saldo bildirib ki, hücumdan sonra Krım sərhədindəki "Cankoy" buraxılış məntəqəsi istiqamətində hərəkət tamamilə bağlanıb. Saldonun sözlərinə görə, gecə saatlarında həmçinin Geniçesk şəhəri ilə Arabat dili arasındakı körpü də hədəfə alınıb.

Ukrayna tərəfindən endirilən bu ağır zərbələri Dmitri Kotsubaylo adına 1-ci ayrıca hücum alayı da rəsmən təsdiqləyib.

Alaydan verilən məlumata görə, Ukrayna hərbçiləri iyunun 13-nə keçən gecə Çonqar ərazisindəki dəmir yolu körpüsünü, ponton keçidini və hərbi təyinatlı yük avtomobillərini dəqiq zərbələrlə sıradan çıxarıblar. Bölgədə logistik xətlərin kəsilməsi bütövlükdə cəbhə xəttindəki gərginliyi pik həddə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR